Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qızıldaş qəsəbə Mədəniyyət evində Beynəlxalq Qadınlar Günü münasibətilə mərkəzdə fəaliyyət göstərən fortepiano kursunun konserti keçirilib.
Baş İdarədən AZƏRTAC bildirilib ki, əvvəlcə mərkəzin bədii rəhbəri Xəyalə Qədirovaya çıxış edərək Azərbaycanda qadın siyasətinin uğurla həyata keçirildiyini, bütün sahələrdə qadınların təcrübə və bacarıqlarını nümayiş etdirdiklərini, elm, təhsil, mədəniyyət, incəsənət, idman, sosial və digər sahələrdə qadınların uğurlarından danışıb.
Sonra Bakı Şəhər Mədəniyyət Baş İdarə tərəfindən keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə 180 nömrəli tam orta məktəbin bir qrup şagird və müəllimlərinə fəxri fərmanlar təqdim edilib.
Tədbirin bədii hissəsində kursun şagirdləri klassik və vətənpərvərlik mövzusunda musiqi parçaları ifa ediblər.
AZƏRTAC