• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

İşğaldan azad edilən Füzuli ilə bağlı yeni proqram hazırlanacaq

Tarix : 19-10-2020, 11:29 Oxunub : 196 Bölmə :sosial / ust / manset
İşğaldan azad edilən Füzuli ilə bağlı yeni proqram hazırlanacaq



















Füzuli rayonunun aparıcı iqtisadçıları ilə birlikdə rayonun sosial-iqtisadi inkişaf proqramının hazırlanmasına başlanılacaq.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov bildirib. O qeyd edib ki, Füzuli rayonu işğaldan öncə ölkəmizin iqtisadi gücə malik olan aparıcı bölgələrindən hesab olunurdu. Pambıqçılıq və taxılçılıq üzrə öndə olan rayonlardan biri kimi Füzulidə kənd təsərrüfatının digər istiqamətləri də inkişaf etmişdi. Rayon eyni zamanda sənaye məhsullarının istehsalına görə də fərqlənirdi.
Ərazisi 1386 km², əhalisi isə 150 min nəfərə yaxın olan Füzuli rayonu artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoyacaq:
“İran ilə sərhəddə yerləşən Füzuli rayonu strateji coğrafi yerləşməyə sahib olmaqla yanaşı, həmçinin Azərbaycanın xarici iqtisadi əlaqələrinə də töhfə vermə imkanlarına malik olacaq. Ən qədim yaşayış yerlərindən biri olan Azıx mağarasının yerləşdiyi Füzuli rayonu əlverişli təbiəti və füsunkar mənzərəsi ilə də fərqlənir. Bu daxili, o cümlədən gəlmə turizim üçün yeni imkanlar deməkdir. Seçki qabağı təbliğat-təşviqat kampaniyasında vəd etdiyim kimi, Füzulinin aparıcı iqtisadçıları ilə birlikdə Füzuli rayonunun sosial-iqtisadi inkişaf proqramının hazırlanmasına başlayacayıq”.
Millət vəkili əlavə edib ki, rayonda hər bir yaşayış məntəqəsinin potensialına və xüsusiyyətinə uyğun olaraq iqtisadi fəaliyyətlər, sərmayə qoyuluşları müəyyənləşəcək. Konkret iqtisadi və sosial tədbirlər planı təklif ediləcək.
“Füzuli rayonu yeni və tarixi mərhələyə qədəm qoyur. Bu imkanı bizə qismət edən Ali Baş Komandamıza və Azərbaycan Ordusuna Füzuli sakinləri hər zaman minnətdar olacaqlar. Qarabağ Azərbaycandır!”, - deyə V. Bayramov bildirib.
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Füzuli və Cəbrayılın işğalından 27 il ötür

    Füzuli və Cəbrayılın işğalından 27 il ötür ...

    23-08-2020, 12:15

  • Füzuli rayonunda şəhid ailələrinə bayram sovqatı verilib

    Füzuli rayonunda şəhid ailələrinə bayram sovqatı ...

    20-03-2020, 13:01

  • AVMVİB-nin Sədri Füzuli Rzaquliyevin əmri ilə Şəhid Rüstəmov Vüqar Malik oğlu

    AVMVİB-nin Sədri Füzuli Rzaquliyevin əmri ilə ...

    24-02-2020, 11:05

  • Füzuli məktəbliləri ölkəmizin Qərb bölgəsini yaxından tanıyacaqlar

    Füzuli məktəbliləri ölkəmizin Qərb bölgəsini ...

    23-03-2019, 10:54

  • Cəbhədə silahlar susmur

    Cəbhədə silahlar susmur ...

    16-05-2018, 10:18



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • "Riyaziyyat-ədədlərin sehirli dünyası" adlı tədbir keçirildi - FOTO/VIDEO

  • Misir prezidenti İlham Əliyevə zəng vurub

    Misir prezidenti İlham Əliyevə zəng vurub

  • Azərbaycan nefti bahalaşdı

    Azərbaycan nefti bahalaşdı

  • İsmayıllıda 67 yaşlı qadın intihar edib

    İsmayıllıda 67 yaşlı qadın intihar edib

  • Fransada etiraz aksiyaları zamanı üç polis maşını toqquşub

    Fransada etiraz aksiyaları zamanı üç polis maşını toqquşub

  • Hərbi Prokurorluq: “Bağanis-Ayrım soyqırımını törədən 18 nəfər beynəlxalq axtarışdadır”

    Hərbi Prokurorluq: “Bağanis-Ayrım soyqırımını törədən 18 nəfər beynəlxalq axtarışdadır”

  • Gözləri tutulmuş azərbaycanlı şair Məmməd Səid Ordubadinin doğum günüdür

    Gözləri tutulmuş azərbaycanlı şair Məmməd Səid Ordubadinin doğum günüdür

  • İsmayıllıda zəlzələ olub

    İsmayıllıda zəlzələ olub

  • Elçin Əmirbəyov İtaliyanın nüfuzlu qəzetində Azərbaycanın mövqeyini ifadə edib: “Sülhün alternativi yoxdur”

    Elçin Əmirbəyov İtaliyanın nüfuzlu qəzetində Azərbaycanın mövqeyini ifadə edib: “Sülhün alternativi yoxdur”

  • Azərbaycan millisinin səkkizinci startı ərəfəsində: Pozitiv nəticəyə ümid varmı? - TƏHLİL

    Azərbaycan millisinin səkkizinci startı ərəfəsində: Pozitiv nəticəyə ümid varmı? - TƏHLİL

  • Ramazan ayının ikinci gününün iftar və namaz vaxtları

    Ramazan ayının ikinci gününün iftar və namaz vaxtları

  • Ayxan Hacızadə Vahaqn Xaçaturyan tərəfindən Azərbaycana qarşı səsləndirilmiş əsassız iddialara cavab verdi

    Ayxan Hacızadə Vahaqn Xaçaturyan tərəfindən Azərbaycana qarşı səsləndirilmiş əsassız iddialara cavab verdi

  • QHT nümayəndələri qazi Vidadi Əliyevi ziyarət ediblər

    QHT nümayəndələri qazi Vidadi Əliyevi ziyarət ediblər

  • Oman səhrası gölə döndü

    Oman səhrası gölə döndü

  • Mətn əsasında şəkillər çəkən proqram yaradıldı

    Mətn əsasında şəkillər çəkən proqram yaradıldı

  • Tacikistanda yenidən zəlzələ baş verib

    Tacikistanda yenidən zəlzələ baş verib

    © Copyright 2019, Bütün hüquqlar qorunur!