• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Kəlbəcər xatirələrdə canlandırılan Vətən torpağıdır” - Prezident təqaüdçüsü

Tarix : 19-01-2021, 13:00 Oxunub : 207 Bölmə :sosial / ust / manset
“Kəlbəcər xatirələrdə canlandırılan Vətən torpağıdır” - Prezident təqaüdçüsü





















Bu il Prezident İlham Əliyevin “2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin (BANM) Prezident təqaüdünə layiq görülmüş 22 tələbəsindən biri Kəlbəcər rayonu 108 saylı tam orta məktəbin yetirməsi Zərifə Şahbazzadə torpaqlarımızın işğaldan azad olunmasından danışıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, orta məktəbi fərqlənmə diplomu ilə bitirərək, 690 balla BANM-in İnformasiya təhlükəsizliyi ixtisasını seçən Şahbazzadə Kəlbəcər rayonunun azad olunması ilə bağlı hisslərini dilə gətirib, Azərbaycan xalqının çox şərəfli və qürurlu bir tarix yaşadığını deyib:
- Mən bu tarixə şahidlik etdiyim üçün çox xoşbəxtəm. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan ordusunun şücaəti bu şanlı qələbəni bizə yaşatdı. Kəlbəcər mənim üçün Azərbaycandır! Görmədiyim, yalnız xatirələrdə canlandırılan Vətən torpağıdır Kəlbəcər”!
- Zərifə, ailəniz, yaxınlarınız Kəlbəcər haqqında sizinlə hansı xatirələri bölüşüblər?
- Nənəmin Kəlbəcər haqqında bitib-tükənməyən xatirələri məndə sanki orada yaşamışam kimi hisslər oyadırdı. Sıldırım qayalar, möhtəşəm təbiət, əsrarəngiz gözəllik haqqında eşitdikcə orada mənfur düşmənlərin məskunlaşması onlara olan niftrətimi daha da artırırdı.
- Doğma torpağının işğaldan azad olunması necə hissdir?
- İşğal altında olan vətənin hər bir qarışı əzizdir. Hər bir qarış torpaqdan düşmənin qovulması insana qürurverici hislər yaşadırdı. Məscidlərdə yenidən azan səsinin eşidilməsi çox gözəl duyğudur. Özümü çox xoşbəxt hiss edirəm ki, Kəlbəcərə, Şuşaya getmək, uca dağları seyr etmək, gözəlliklərdən zövq almaq nəsibim olacaq.
- Vətən müharibəsində yaxınlarınızdan iştirak edən oldumu? Bəs siz necə informasiya savaşında fəal idinizmi?
- Torpağımız, şərəfimiz və qürurumuz uğrunda başladığımız savaşda acı bir həqiqətdir ki, şəhidlərimiz də var. Onlar bu günü bizə yaşatmaq üçün qanları ilə tarix yazıblar! Qazilərimiz igidlik göstərərək düşmənin heç bir hiyləsinə aldanmayıblar. Onların qarşısında baş əyirəm. Vətən müharibəsində anamın xalası oğlu iştirak edib.Bu savaşda hər birimiz həmrəy olmalı, birlik və dostluq nümayiş etdirməli idik. Zəfər qazanmaq üçün bu, çox önəmli şərt idi. Çünki düşmən bizi daim izləyir və mənfi fikirlərlə bizi ruhdan salmağa çalışırdı. Lakin yenilməz xalqımızın birliyi həm döyüş meydanında, həm də virtual aləmdə bütün dünyaya nümunə oldu. Prezidentimizin hər bir müraciəti bir tarixə çevrildi və son 10 noyabr müraciəti ilə 28 illik bir həsrətə son qoydu. Azərbaycan xalqı bir daha sübut etdi ki, bayrağımız əyilməzdir. O, daim yüksəklərdə dalğalanacaq. Bəli, mən də digər həmyaşıdlarım kimi sosial şəbəkələrdə bacardığım qədər fəal idim.
- Siz həm də bu il Prezident təqaüdünə layiq görülmüsünüz. Təbrik edirik sizi və bilmək istəyirik ki, bu xəbəri ilk dəfə eşidəndə təəssüratınız necə oldu?
- 2020-ci il təzadlı bir il oldu. Fərqli bir yaşayış tərzinə alışmaq və bu şəraitdə ali məktəbə hazırlaşmaq məcburiyyəti yarandı. Lakin qarşıma qoyduğum məqsəd və gələcək arzularım bu şərtlərə qalib gəldi. 690 bal toplayaraq BANM-in İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olundum. Müharibənin davam etdiyi bir vaxtda Prezident İlham Əliyevin təqaüdlə bağlı imzaladığı Sərəncam çox gözlənilməz oldu. Ölkənin çox çətin bir zamanında gənclərə ən ali səviyyədə dəyər verilməsi çox qürurverici anlar yaşatdı.
- Məhz Bakı Ali Neft Məktəbində təhsil almaq istəyi necə yarandı?
- BANM-də təhsil alan yaxınlarımdan, məktəbimizin məzunlarından və araşdırdığım mənbələrdən ətraflı məlumatlar əldə etmişdim. Araşdırmalarımdan qənaətim bu oldu ki, keyfiyyətli təhsil almaq, savadlı mütəxəssis kimi yetişmək arzuma Bakı Ali Neft Məktəbində təhsil alaraq çata bilərəm. Məqsədim peşəkar və bacarıqlı mütəxəssis olmaq üçün universiteti əla nəticələrlə bitirərək magistr təhsili də almaqdır.
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • Bakı Ali Neft Məktəbi orduya yardım etdi

    Bakı Ali Neft Məktəbi orduya yardım etdi ...

    9-10-2020, 11:23

  • BANM “Neft-qaz mühəndisliyi” üzrə təkrar ali təhsil üçün sənəd qəbulu elan edir

    BANM “Neft-qaz mühəndisliyi” üzrə təkrar ali ...

    22-08-2020, 12:19

  • BANM-də onlayn final imtahanları davam edir

    BANM-də onlayn final imtahanları davam edir ...

    15-05-2020, 12:30

  • Aqil Məmmədov 20 Yanvar faciəsinin 30-cu ildönümündə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət edib

    Aqil Məmmədov 20 Yanvar faciəsinin 30-cu ...

    20-01-2020, 18:52

  • Kəlbəcərin işğalından 26 il ötür

    Kəlbəcərin işğalından 26 il ötür ...

    2-04-2019, 09:44



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan 11 nəfər saxlanılıb

    Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan 11 nəfər saxlanılıb

  • Bu gündən Çinlə Azərbaycan arasında həftədə iki dəfə uçuşlar olacaq

    Bu gündən Çinlə Azərbaycan arasında həftədə iki dəfə uçuşlar olacaq

  • ABŞ-da uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılır

    ABŞ-da uşaqların sosial şəbəkələrə girişi məhdudlaşdırılır

  • Gürcüstan sərhədlərində robotlar işə cəlb ediləcəklər

    Gürcüstan sərhədlərində robotlar işə cəlb ediləcəklər

  • Böyük Dəbilqə: Yarışın son günündə Azərbaycanın 2 cüdoçusu mübarizə aparacaq

    Böyük Dəbilqə: Yarışın son günündə Azərbaycanın 2 cüdoçusu mübarizə aparacaq

  • Bakıda havadakı dəm qazının miqdarını azaltmaq üçün nə edilməlidir ?

    Bakıda havadakı dəm qazının miqdarını azaltmaq üçün nə edilməlidir ?

  • “Qarabağ” bu gün “Qalatasaray”la qarşılaşacaq

    “Qarabağ” bu gün “Qalatasaray”la qarşılaşacaq

  • Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki son vəziyyəti müzakirə edib - YENİLƏNİB

    Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədəki son vəziyyəti müzakirə edib - YENİLƏNİB

  • Ramazan ayının dördüncü gününün iftar və namaz vaxtları

    Ramazan ayının dördüncü gününün iftar və namaz vaxtları

  • Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri maneəsiz hərəkət ediblər - YENİLƏNİB

    Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri maneəsiz hərəkət ediblər - YENİLƏNİB

  • Avstriya Ədliyyə Nazirliyi: “Putin ölkəyə gələrsə, həbs edib Haaqa məhkəməsinə verəcəyik”

    Avstriya Ədliyyə Nazirliyi: “Putin ölkəyə gələrsə, həbs edib Haaqa məhkəməsinə verəcəyik”

  • Dünya bazarında neft qiymətləri azalıb

    Dünya bazarında neft qiymətləri azalıb

  • İcadından hər birimizin yararlandığı milyarder vəfat etdi

    İcadından hər birimizin yararlandığı milyarder vəfat etdi

  • Başına bir milyon dollar qoyulan “Dovşan” məhv edildi

    Başına bir milyon dollar qoyulan “Dovşan” məhv edildi

  • Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

    Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib

  • Kahramanmaraşda zəlzələlər səngimir

    Kahramanmaraşda zəlzələlər səngimir

    © Copyright 2019, Bütün hüquqlar qorunur!