
Son dövrlər Masallı rayonunda fəaliyyət göstərən bəzi idarə və qurumlarda nəzarətin zəifləməsi, xüsusilə də meşə təsərrüfatı sahəsində baş verən xoşagəlməz hallar ictimai narazılıq doğurur. Bu narazılıqlardan biri də Masallı 11 saylı Regional Meşə Təsərrüfatı İdarəsi ilə bağlıdır.
İctimaiyyətin narazılığına səbəb olan şəxslərdən biri kimi adı hallanan Ağayev Kərəm İsabala oğlu — hazırda həmin idarədə katastır vəzifəsində çalışır. Onun fəaliyyəti ətrafında səslənən iddialar isə olduqca ciddi xarakter daşıyır.
Sakinlərin bildirdiyinə görə, Kərəm Ağayev iş başında vəzifə səlahiyyətlərindən sui-istifadə edir, meşə ərazilərində yerləşən obyekt sahiblərinə yaxınlaşaraq onlardan müxtəlif bəhanələrlə pul tələb edir, bəzən isə açıq şəkildə rüşvət alır. Bu kimi hallar dövlət xidmətində çalışan bir şəxsin davranışına, etik kodeksə və qanunvericiliyə ziddir.
Maraqlı və narahatedici məqamlardan biri də odur ki, həmin şəxs iş vaxtını sosial şəbəkələrdə keçirməklə məşğuldur. Vətəndaşların sözlərinə görə, o, bu platformalarda müxtəlif şəxsləri təhqir və ya şantaj etməklə gündəmə gəlir. Belə davranışlar nəinki fərdi məsuliyyətsizlik nümunəsidir, həm də dövlət idarəçiliyinin imicinə ciddi zərbə vurur.
Masallı kimi gözəl təbiətə malik bir bölgədə meşələrin qorunması və idarə olunması dövlət əhəmiyyətli məsələdir. Bu sahədə çalışan hər bir şəxs həm qanun qarşısında, həm də cəmiyyət qarşısında məsuliyyət daşıyır. Əgər belə neqativ hallar doğrudursa, bu, təkcə bir işçinin deyil, bütün idarənin nüfuzuna kölgə salır.
Cəmiyyət haqlı olaraq tələb edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələ ilə maraqlansın, Masallı 11 saylı Regional Meşə Təsərrüfatı İdarəsində baş verənlərə obyektiv qiymət verilsin. Dövlət qulluqçusunun adı bu cür iddialarla hallanırsa, deməli, məsələ ciddi araşdırılmalı və ictimaiyyətə şəffaf şəkildə açıqlanmalıdır.
Masallı meşələri yalnız ağaclarla deyil, həm də insanların vicdanı ilə qorunmalıdır. Əgər vicdan susarsa, meşələr də susacaq.
Növbəti yazıda səs yazıları və faktlar təqdim ediləcək.
Ardı var Kərəm Ağayevin səs yazıları ilə.
Qarşı tərəfin mövqeyini tanıyırıq.
Ulusestv.az

