Hər bir xalqı dünyaya tanıdan amillərdən biri həmin xalqın səhiyyəsinin inkişafıdır. Biz, səhiyyə işçiləri olaraq, öz növbəmizdə xalqımızın səhiyyə sahəsində inkişafı qarşıdan gələn 2018-ci ildə də əlimizdən gələni etməyə davam edəcəyik. Səhiyyənin inkişafında atılan hər bir addım gələcək nəsillərə tövhədir. Ölkə prezidenti cənab İlham Əliyevin bu sahəyə olan diqqəti və ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın qayğısı nəticəsində Azərbaycan səhiyyə sahəsində olan uğurları bütün dünyaya tanıdıldı, böyük bir inkişaf yolu keçdi. Vəzifəsindən asılı olmayaraq, hər bir səhiyyə işçisi öz fəaliyyətini bu prinsiplər əsasında quraraq, böyük nailiyyətlər əldə edir.
Mərkəzi Neftçilər Xəstəxanasının həkim kollektivini, personajı və o cümlədən bütün Azərbaycan xalqını Yeni il və 31 dekabr Dünya Azərbaycanlıları Həmrəyliyi Günü münasibəti ilə təbrik edir, 2018-ci ildə xalqımıza bolluq, firavanlıq, əmin-amanlıq və hər zaman inkişaf etməsini, çiçəklənməsini arzu edirik!
Bayramınız mübarək!
Leyla Seyidbəyova - Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru