Avstriya Rumıniya və Bolqarıstanın Şengen yolunu kəsir
Tarix : 7-12-2022, 08:12Oxunub : 53Bölmə :dunya / manset
Avstriya kansleri Karl Nehammer Albaniyanın paytaxtı Tiranada keçirilən Aİ-Qərbi Balkanlar sammiti çərçivəsində bildirib ki, onun ölkəsi Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil edilməsinin hələ tez olduğunu düşünür. Kansler hesab edir ki, ilk növbədə qeyri-qanuni miqrasiya ilə bağlı təhlükəsizlik məsələlərini aydınlaşdırmaq lazımdır. “Hazırda Avstriya Bolqarıstan və Rumıniyanın hesabına Şengen zonasının genişlənməsinə razı deyil. Avstriyada 75 min sənədsiz qeyri-qanuni miqrant var. Onlar Avropa Birliyinin xarici sərhədlərini keçərək dənizə çıxışı olmayan ölkədə qalıblar”, - deyə hökumət başçısı vurğulayıb. Eyni zamanda, Avstriya kansleri qeyd edib ki, söhbət təkcə öz ölkəsinin deyil, bütövlükdə Aİ-nin təhlükəsizliyindən gedir və buna görə də bir sıra məsələlərə aydınlıq gətirmək vacibdir. Mənbə: Oxu.Az