Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop 18-19 dekabr tarixlərində Bakıya rəsmi səfər edəcək.ulusestv.az “Qafqazinfo”ya istinadən məumatına görə, bu barədə Trend Türkiyə parlamentindəki mənbəsinə istinadən xəbər verib. “Mustafa Şəntop Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) doqquzuncu plenar iclasında iştirak edəcək”, - mənbə bildirib. Qeyd edilir ki, Bakıya səfəri çərçivəsində Şəntop ölkənin bir sıra rəsmiləri ilə görüşlər keçirəcək.