Ulularımızın uudulmaz kəlamlarından biri də: “Uşaqları sevin, çünki onlar mələklər qədər günahsızdr və qəlbimizi paklandırmaq üçün ilahi yaradıb.” Uşaq sevgisi, tərbiyəedici bir qüvvədir. Bu mənəvi iş, çətin və xeyli zaman tələb edir Uşaqlara məhəbbət sevginin ilk meyarı, ailədə yaransa da o, məhəbbət hissi məktəbdə müqəddəs peşə sahibləri müəllimlər tərəfindən aparılaraq, onlar mənəvi valideynə çevrilirlər. Beləliklə, uşaqların və gənclərin düzgün tərbiyəsi cəmiyyət üçün layiqli bir vətəndaş kimi yetişdirmək çətin, şərəfli olmaqla tərbiyəedicinin və təhsilverənlərin üzərinə düşür. Doğma Respublikamızın dilbər güşələrindən olan Masallınıın zəngin təbiətinə, sakinlərinin insanpərvərliyinə və ziyalı potensialna görə fərqlənən Böyük Xocavar kəndi. Bu kəndin valideynləri, maarifpərvər olmaqla öz övladlarının təhsilini həmişə ön plana çəkir. Kəndin ziyalılarınldan, professorlardan Alim Məmmədov, Hüseyn Məmmədsadıqov, elmlər namizədlərindən İlqar Məmmədov, Ədalət Rəhimov və digərləri, kənd ziyalıları vaxtı ilə məktəb diretorları işləmiş Dövlət Bayramov, Ələşrəf Zeynalov, müəssisə rəhbəri Mahir Əliyev, RTŞ-nin böyük məsləhətçisi Hörmət Balakişiyev bələdiyyə sədri Böyükxan Rəhimov kimi ziyalılar, Böyük Xocavar kənd tam orta məktəbinin yetirmələridir. Bu gündə, yüksək təlim göstəricilərinə görə bu təhsil ocağı digərlərindən fərqlənir. Böyük Xocavar kənd tam orta məktəbinin pedaqoji kollektivinin xüsusən də, məktəbin direktoru Abusət Zeynalovun əməyi yüksək qiymətə layiqdir. Məktəbdə 450 şagirdin təlim-tərbiyəsi ilə 37-müəllim məşğul olur. Məktəbin iş üsulu, hər bir müəllim və tərbiyəçi öz öhdəsinə düşən vəzifəni ləyaqətlə yerinə yetirməyə çalışırlar.
Abusət müəllim sadə, təvözakar olmaqla, yüksək keyfiyyətlərindən biri insanlarla, xüsusən, şagirdlərlə tez ünsiyyət qura bilməsi onların istək və arzularının imkanı daxilində yerinə yetirməsidir. Bu baxımdan o rəhbərlik etdiyi kollektivdə, təlim-tərbiyə hər bir şagirdə fərdi yanaşma, məktəbi onların doğma təhsil ocağına çevirməsidir. Şagird-müəllim münasibətlərinin formalaşmasını həmişə diqqət mərkəzində saxlayır. Məktəbin göstəricisi digər məktəblərə baxanda ürəkaçan olub, hər il məzunlarının səsi, respublikanın nufuzlu ali məktəblərindən gəlməsi bu təhsil ocağında tədrisin yüksək keyfiyyətindən xəbər verir. Məktəbdə hərbi vətənpərvərlik tərbiyəsinə daim diqqət yetrilir Şəhid ailələrinə, məktəb pedaqoji kollektivinin tez-tez baş çəkməklə valideynlərində təskinlik mühitinin yaranmasına nail olurlar. Məktəbin binası müasir tipdə olmasa da, fənn kabinetlərində müasir təlim texnologiyalarının tətbiqi üçün bütün şərait yaradılmışdır. Abusət müəllimin əsl pedaqoq, bacarıqlı məktəbşunas, işgüzar direktor olması dövlətimiz tərəfindən yüksək qiymətləndirilb “Tərəqqi medalı” ilə təltif olunmuşdur . Hər gün Abusət müəllim bir ünvana tələsir O, ünvan müqəddəs bir məbəd olan məktəbdir. Bu yolda Abusət müəllimə möhkəm cansağlığı şərəfli işində uğurlar arzulayıram.
Soltanağa Cəfərov
AJB-nin üzvü
“Qızıl Qələm Media Mükafatı Laureatı”