Azərbaycan Respublikasının Gənclər Fondunun 13- cü qrant müsabiqəsinin qalibi, gənc fəal Famil Məmmədovun “Gələcəyin birİNCİləri” intellektual oyunu layihəsi çərçivəsində növbəti intellektual oyun Masallı rayonunda təşkil olunub.
Firəngiz Manafovanın "Kəşf et - öyrət" layihəsi çərçivəsində 04.02.2020-07.02.2020-ci il tarixində 4 gün müddətinə icra etdiyi təlim yekunlaşıb.
Masallı rayonunda 16-29 yaş qruplarında gənclərdən ibarət 7 komanda və hər komanda üzrə 6 nəfər təmsil olunub.
Layihənin rəhbəri Famil Məmmədov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtını səmərəli keçirmək və onları intellektual oyunlara cəlb etməkdir. Layihə rəhbəri iştirakçıları yarışda fəal olmağa çağırıb.
Sonra Masallı Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Mehman Zahidov çıxış edərək, dövlətin gənclər siyasəti, gənclərin hərtərəfli inkişafı üçün yaradılmış infrastruktur barədə məlumat verərək yarış iştirakçılarına uğurlar arzulayıb.
Sonra yarışın aparıcısı Zamin Ağazadə qaydalar barədə iştirakçılara məlumat verib və komandaların adlarını müəyyənləşdikdən sonra intelektual oyunun başladığını elan edib.
İntellektual oyununun sonunda yarışın nəticələrinə əsasən, ilk 3 yeri qazanan komandaların üzvlərinə təşkilat komitəsi tərəfindən diplomlar verilib. Bununla, layihə çərçivəsində intellektual oyunlar başa çatıb.
Xatırladaq ki, layihə çərçivəsində 3 intellektual oyun Lənkəran, Astara və Lerik rayonlarında baş tutmuşdur.
Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.
İlkin Dadaşzadə