• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Tapdıq Əlibəyli - 65

gundem / medeniyyet / manset

1-05-2026, 13:50

Tapdıq Əlibəyli - 65
QƏLBDƏN QƏLƏMƏ, ŞEİRDƏN HƏYATA

Qəlbdən qələmə ifadəsi tanınmış şair Tapdıq Əlibəyliyə məxsusdu. Yaddaqalan bu ifadəni şeirdən həyata ifadəsinin balanğıcı bildim. Məntiqi, poetik başlanğıcdı...
Tapdıq Əlibəyli 1961-ci il iyulun 1-də Yardımlı rayonunun Bürzünbül kəndində anadan olub. (65 illik yubileyi münasibətilə bəri başdan təbrik edirəm.) Bakı Dövlət Universitetini bitirib. İyirmi iki kitabı (şeirlər, publisitika) nəşr olunub. Bunlar özü haqqında. Şeir yaradıcılığı haqqında da ürəklə, səxavətlə söz açacam (“Qəlbdən qələmə” kitabı əsasında):
Xalq şairi Hüseyn Arifin bir şeirini xatırlayıram: “Şeir deyilmi?”. Yarpaq titrəyişində də, meh əsişində də, bulaqların axışında da, bənövşələrin baxışında da, şimşəklərin çaxışında da, göy üzünün yağışında da, ... şeir, şeiriyyət görmək isə, görüb duymaq isə qüdrətdi. Min illərin Azərbaycan şeiri bu ülgünün düsturu kimi mənəvi-ruhi dünyalar yaradıb. Bu dünyaların işığını yaradıcılığın yolgöstərəni bilmişəm. belə yaradıcılıq yiyələrinin sırasında şair Tapdıq Əlibəyli də var...
Tapdıq Əlibəyli Hüseyn Arifin bu şeirinin ruhuna sədaqəlidi. Onun “İlahidən bir şeirdi” şeiri bu səmimi sədaqətin şükranlığıdı; obrazlı ifadələr sələf-xələf fəlsəfi dərkindən boy göstərərək oxucuya gözəl könül xoşluğu verir: Həzinlikdə yaz yağışının da, süzgünlükdə qız baxışının da, yarpaqların xışıltısının da, körpələrin mışıltısının da, ... şeir olduğunu yazan Tapdıq Əlibəyli deyir ki,”ümidim göyərəndə sözə döndü heyrətim”. Oxucu inanır. Ona görə inanır ki, “şeir sözün ən göyçəyidi”...

Ürəyimdən gözlərimə düşən şeh,
Kirpiyimdə yarpaq-yarpaq qırovdu, –

(“Dan yerində bitməli”)

deyən Tapdıq Əlibəylinin təbiətə vurğunluğu onun yaradıcılığının bir hissəsinə çevrilib. Bu çevrilmədə bir ruh məsələsi də var. Əsrarəngizliyi duya-duya boya-başa çatmaq da təbiət hadisəsidi, həm də təbii hadisədi. “Yardımlı” şeiri təbiətin təbiəti sözlə ifadə formasıdı, sözlə şəklidi sanki. Oxuyursan, xəyalında gözəl bir tablo canlanır, ürəyin səni o tablonun ünvanına çəkir:

Ayna bulaqları düşüb dillərə,
Çeşmələr dağlardan qaynayıb-daşır...
Qayalar dibinə sinən hər dərə
Dərinlik diliylə dinib-danışır...

Vətəni hamı sevir, bu sevgilərin heç biri bir-birinə bənzəmir (sevginin çalarlarında oxşarlıq ola bilər, özü başqasının eyni ola bilməz). Şairlərin Vətənə sevgisi sevgilərdən həm də şeirləşməsi ilə fərqlənir. Bu sevgi Vətənin müqəddəsliyinin, ərazi bütövlüyünün əsgəri olmuş mücahidlərin – şəhidlərin ruhunu salamlayır:

Bayraq, Zəfər şöləsindən,
Himnimizin hürr səsindən,
Azərbaycan kürsüsündən
Şəhidlərə salam olsun!

(“Şəhidlərə salam olsun!”)

“Şəhid məzarı” şəhidliyi dərk edənlərin hamısının ruhunun ifadəsidir və şəhid məzarının Vətənə, torpağın şanlı tarixinin poetik ifadəsi kimi oxunur. Oxunur və bir gerçəkliyin şeir formatlı ifadəsinə çevrilir: Sevərək tanıdılar, tanıyaraq sevdilər, sevərək yaşadılar, yaşayaraq qorudular, şəhid olub yaşatdılar. Tapdıq Əlibəyli neçə şəhidlərimizə şeir həsr edib. Hər biri mənəvi borcun poetik ifadəsi kimi oxunur...
“Azadlıq yolunda şəhidlərdi çırağım” (“Şəhidin qan yeri – torpağın san yeri”), “Vətənləşən torpağın sorağını Vətən verir” (“Tutuldum göy üzütək”), “Ürəklər sevgi xütbəsiylə riqqətlə döyündü” (“Bayraq dalğalandı şəhid adınla”). ... deyən Taprıq Əlibəylinin şeirləri şəhid anasına təsəlli olur:

Şəhid oğulların Vətən qeyrəti
Şanlı tarixidir Azərbaycanın!

Tapdıq Əlibəylinin sevgi şeirləri “mehrabı eşq olan uca göylərə” (Nizami Gəncəvi) ruhun pıçıltısıdı sanki; ruhun pıçıltısı həmişə səmimi olub, bu səmimiyyət könül dünyasının göyqurşağı olub, dünənlərə sədaqət, sabahlara ahənrüba. Ona görə sevgi şeirlərini duyğuların bir az gizli, bir az aşkar uvertürası bilmişəm. Hərəsi öz ovqatında səslənir, səslənişlər göy üzünə çəkilir, dumanamı dönür, qaramı, yağışamı, şimşəyəmi, bilinməz...
“Bu yaşda sevməyin necə yozulacağı” narahatlığı ilə yazılmış “Sevməyi bir daha öyrətdin mənə” şeiri incə duyğuları bir az da incələşdirir:

Şəfqət dolu qəlbin, mərhəmətin var,
Qoy təzim eləyim, təbibim, sənə.
Bilmirəm bu yaşda necə yozular?..
Sevməyi bir daha öyrətdin mənə!

Səmimi etirafdır, sevginin özü qədər səmimidir; səmimi etiraf səmimi poetik duyum, poetik dərk, poetik deyim! Hamısı gözəldi!..
“Xəyali səadət” şeirində də eyni ovqatın işığı görünür:

O qız xəyallanır ay işığında,
Həsrətli gözləri təskinlik tapar...
Solğun dünyasının qaranlığında
Nə yaxşı bir xəyal səadəti var.

Tapdıq Əlibəylinin “Yazın naz çağıtək” şeiri düşüncələrin duyğusudu – səmimiliyiylə, kövrəkliyiylə, incəliyiylə gözəldi. “Təbəssümə Gün doğmaq” ifadəsinin poetikası həm könül xoşluğudu, həm də sevginin bəşərilikdən barındığına şair münasibəti.
“Ruhunun taxtı” şeiri də sevgi kim ülvi duyğunun kiçik – misralar biçimində hekayətidi. Bu hekayət təfərrüat deyil, duyğuların şeirləşməsidi:

...Sənə gül deməyə dilim gəlmədi.
Sola bilər deyə öz səadətim,
Mənim gül deməyə dilim gəlmədi...

Yeni bədii fikir yeni poetik dərk yaradır: təbiət ruhun təcəssümüdü. Bəşərdə təbiətə xas olan çalarları sezmək, şeirləşdirmək poeziyanın mərdliyidi...
Minlər, milyonlar çöllərdə bənövşələr görüb, hüsnünə heyran olub, ancaq heç kim onun duruşunu Qurbani kimi görə bilməyib; heç kim belə bir duruşu şeirləşdirmək qüdrətində olmayıb:

Ayrılıqmı çəkib boynu əyridi,
Heç yerdə görmədim düz bənövşəni...

Bunu Tapdıq Əlibəylinin “Qara eynək” şeiri haqqında deyəcəklərimə poetik istinad bildim.
Qara eynək haqqında bəlkə də onlarla şeir yazılıb. Ancaq Tapdıq Əlibəylinin poetik təqdimatı fərqlidir. O, rəngdə (qara) ictimai çalar verə bilib, həm də həyati-fəlsəfi dərklə! “Qara eynək gözləri gözlərdən gizlətmək niyyətiyləmi taxılır”, yoxsa “özgələri oğrun izləmək niyyətinə görəmi?” – “qaranlığa alışmağın, aydınlıqlardan iraq (uzaq, gen) düşmə olduğunun” belə ifadəsi poetik uğurdur:

...qaranlığa öyrəndikcə
Aydınlıqda sinə verilən yerdə
“vərdişkar” önə verir kürəyini...

Tapdıq Əlibəylinin “Tütək qəmi” şeiri tütək səsinin ruhən davamıdı. Uşağıyla yol gedən atanın küskün baxışlarının nəsə aradığını düşünmək də, keçənləri yolundan eləyən səsin uşağınmı, tütəyinmi səsi olduğunu ayırd etmə çətinliyi də şeiriyətdi, tütəyin səsinin nağıl dünyaların nağıl dünyası olduğunu gümanlamaq da...
Tapdıq Əlibəylinin “Qəlbdən qələmə” kitabı şeirlə təqdim edilən duyumlardı, düşüncələrdi. Gözəl duyumlardı, gözəl düşüncələrdi...

Bayram MƏMMƏDOV,
“Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı” İctimai Birliyi İdarə Heyətinin üzvü,
Əməkdar müəllim




Oxunub: 4
Paylaş:
Digər xəbərlər

gundem / medeniyyet / manset

10-01-2026, 21:45

Hacı Çingiz Ərəblidən dostu şair Tapdıq Əlibəyliyə ithaf - YENİ ŞEİR

gundem / medeniyyet / manset

31-03-2026, 14:48

TAPDIQ ƏLİBƏYLİNİN ÖZÜ VƏ SÖZÜ

gundem / manset

24-01-2025, 20:24

Y E N İ N Ə Ş R

gundem / medeniyyet / manset

1-07-2025, 12:01

Bu gün Vətəndaş Həmrəyliyi Partiyası Nizami rayon təşkilatı Ağsaqqallar Şurasının sədri Tapdıq Əlibəylinin doğum günüdür.

gundem / medeniyyet / manset

20-02-2026, 18:26

YARADICILIĞI ŞƏXSİYYƏTİNİ TƏSDİQLƏYƏN ŞAİR

ULUSƏS TV
Son xəbərlər
  • 18-10-2026, 10:38
    Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Memorandum imzalanıb
  • Dünən, 13:41
    Vüqar Əhmədov – enerji sektorunun inkişafına, müasir idarəçilik və xidmət keyfiyyətinə töhfə verən rəhbər
  • Dünən, 13:14
    Vətənpərvər insan Ümid Əsgərov – dövlətinə, xalqına və Vətəninə bağlılığın nümunəsi
  • Dünən, 12:23
    Bu mərkəz “PAŞA Holding”in dəstəyi ilə Azərbaycanda fəaliyyətə başlayır - Fotolar
  • Dünən, 12:18
    Qəzada ağır yaralanan sürücü xəstəxanada öldü
  • Dünən, 12:09
    Biləcəridə hotelin fəaliyyəti dayandırıldı - Video
  • Dünən, 12:03
    Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
  • Dünən, 11:58
    Orxan Məmmədov Urakəranda sakinlərlə görüşdü - Fotolar
  • Dünən, 11:53
    “Ombudsman dövlət orqanlarındakı nöqsanları göstərməlidir”
  • Dünən, 11:48
    Leysan Məmmədov vəzifəsindən azad edilib
  • Dünən, 11:42
    Oğlunun həbsindən danışmadı - Amma Səbinə Əliyevanı dəstəklədiyini açıqladı
  • Dünən, 11:38
    “Turan Tovuz” “Sabah”a qarşı
  • Dünən, 11:18
    “Binance” kriptobirjasına kiberhücum - 6 milyardlıq zərər dəyib
  • 29-10-2026, 16:50
    Mais Məmmədov – yol hərəkətinin təhlükəsizliyi və vətəndaş məsuliyyəti naminə xidmət
  • 29-10-2026, 16:38
    “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov – enerji təsərrüfatının inkişafı və xidmət keyfiyyətinin yüksəldilməsi naminə
  • 29-10-2026, 16:17
    İlqar Talıbov – humanitar təhsilin inkişafına, gənc nəslin maariflənməsinə xidmət edən rəhbər
  • 29-10-2026, 16:06
    Həyat Dursunəliyeva – körpələrin qayğı ilə böyüdüyü, uşaqların sevgi ilə yetişdiyi bir mühitin rəhbəri
  • 29-10-2026, 15:39
    Araz Paşayev – təhsil işçilərinin hüquqlarının müdafiəsinə və sosial rifahına xidmət edən rəhbər
  • 29-10-2026, 13:41
    Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən Mehdi Hüseynzadə adına Novxanı kənd 1 nömrəli tam orta məktəbin direktoru Güllər Rzayeva haqqında 1000 sözlü yazı yaz.
  • 29-10-2026, 13:10
    Vəsilə Bayramova – uşaqların sağlam və xoşbəxt gələcəyi naminə məsuliyyətli fəaliyyət
  • 29-10-2026, 11:02
    Qazaxda region gənclərinin inkişafı və karyera planlaması müzakirə olunub
  • 29-10-2026, 10:37
    Nurlan Ordubadlı “TURAN” medalı ilə təltif edildi
  • 29-10-2026, 10:16
    Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi
  • 29-10-2026, 10:08
    Avropa İttifaqı geri addım atdı
  • 29-10-2026, 10:04
    18-ci mərtəbədən yıxılan kişi sağ qaldı
  • 29-10-2026, 10:00
    Bakının bu ərazilərində qaz kəsiləcək
  • 29-10-2026, 09:56
    ABŞ-yə qaçdı, özünü Braziliya lideri elan etdi
  • 29-10-2026, 09:51
    ABŞ-də nüvə kompleksində yanğın - Fövqəladə vəziyyət elan edildi
  • 29-10-2026, 09:47
    Bu ölkədə hökumətin xəbərdarlığından sonra xaos yarandı
  • 29-10-2026, 09:43
    “Kürk Mantolu Madonna” film olur
  • 29-10-2026, 09:40
    Yemək zamanı telefon istifadəsini qadağan edirlər
  • 29-10-2026, 09:36
    Etirazlara görə Avropa Liqası matçının vaxtı dəyişdi
  • 28-10-2026, 17:21
    Mədəniyyətlərarası dialoq dövlətlərarası münasibətlərin inkişafına təkan verir
  • 28-10-2026, 10:10
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • 28-10-2026, 10:06
    Benzin qiymətlərinə görə Baydeni tənqid etdi - Mübahisələrə səbəb oldu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə