• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Nikah ailəni yaradan əsas təməl vasitədir

sosial / ust / manset

28-06-2024, 17:04

Nikah ailəni yaradan əsas təməl vasitədir




















Nikah ailəni yaradan əsas təməl vasitədir. Bu ailə təməlin möhkəm qoyulması üçün ən vacib amildir. Nikaha daxil olduqdan sonra bu əsasın qorunması üçün insan fiziki və mənəvi cəhətdən evliliyə hazır olmalıdır. Nikaha daxil olmaq istəyən şəxs tam öz qərarlarını vermək qabiliyyətində olmalıdır. Əgər bu belə deyilsə, müəyyən problemlər yaranacaq ki, bu evliliyə, ailəyə, şəxsə psixoloji cəhətdən təsir edəcək. Hər gün respublikamızda neçə-neçə gənc nikah bağlayır, neçə ailənin təməl daşı qoyulur. Hər dəfə Nikahı qeyd edən təşkilatın nümayəndəsi- vətəndaş aktlarının dövlət qeydiyyatı orqanının müdiri gənc ər-arvadı belə xoş sözlərlə təbrik edir, onlara ailə xoşbəxtliyi arzulayır..
Ailə qurmaq insan həyatının ən əlamətdar hadisəsidir. Bu addımı atarkən elə etmək lazımdır ki, sonradan problemlər ortaya çıxmasın. Belə problemlərin bir çoxunun mənbəyi isə erkən Nikahla bağlıdır. Erkən nikah qanunvericiliyin müəyyən etdiyi minimal yaş həddini keçmədən qurulan ailələr hesab olunur. Erkən nikah iki cür həyata keçirilir. Valideynlərin istəyi və məcburiyyəti ilə və bilavasitə qızın öz razılığı əsasında. Yəni onların həyatında sevdikləri şəxs olur və erkən yaşda onunla ailə qurmaq qərarına gəlirlər. Bunları bir-birindən fərqləndirmək lazımdır. Birmənalı şəkildə demək olmaz ki, erkən Nikahlar hamısı uğursuz olur. Lakin son zamanlar xüsusilə bəzi regionlarda sırf valideynlərin təkidi ilə qızların erkən yaşda ailə həyatı qurması hallarına rast gəlirik və bu, öz fəsadlarını biruzə verir.
Erkən nikah yaşı 18-dən az olan yeniyetmələrin nikaha daxil olmasıdır. Bəs azyaşlıların bu addımı atma səbəbi nədir? Görəsən bəzi qızlar niyə təhsilə yox, məhz ailə qurmağa tələsirlər? Bu gün Azərbaycanda nə qədər qız məktəbi bitirmədən, həyatı başa düşmədən ər məktəbinə daxil olur. Bu hal regionlarda daha çox baş versə də qarşısını alan yoxdur. Maraqlı burasıdır ki, 15-16 yaşlarında ailə quran və ya nişanlanan qızların adları məktəb jurnallarında qeyd olunur, lakin dərsə getməmək şərti ilə. Bunu hansısa savadsız valideyn edə bilər, amma həmin məktəbin müdirinin də buna normal münasibət göstərməsi nə dərəcədə düzgündür?!
Nikah insan həyatının ən əlamətdar hadisəsidir. O yeni yaradılacaq ailənin hüquqi əsasıdır. Cəmiyyətimizdə nikah iqtisadi mülahizələrdən azad olub kişilərin və qadınların məhəbbətə, sədaqətə, uşaqların olması arzusuna əsaslanan könüllü, bərabərhüquqlu ittifaqıdır.
Ölkəmizdə Nikahın bağlanması, ərlə arvad arasında, valideynlərlə uşaqlar arasında münasibətlər, övladlığa götürmə, atalığın müəyyən edilməsi, alimentin tutulması, qəyyumluq və himayəçilik, Nikahın pozulması, Nikahın vətəndaşlıq aktlarının dövlət qeydiyyatına alınması respublikamızın Qanunvericiliyi ilə tənzim edilir. Nikahın bağlanması qaydaları Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 9-cu maddəsində qeydə alınır. Nikah vətəndaşlıq aktlarının dövlət qeydiyyatı orqanı Nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər. Nikahın bağlanması üçün Nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur. Lakin, hal-hazırda cinsindən fərqli olmayaraq Azərbaycanda nikah yaşı 18-dir.Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16 - cı maddəsində deyilir: “Yetkinlik yaşına çatmış kişilər və qadınlar, heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir. Lakin nikah yalnız hər iki tərəfin azad və tam razılığı əsasında baş verə bilər. Əgər nikaha daxil olmaq istəyən bir tərəf yetkinlik yaşında deyilsə və gələcək həyat yoldaşı haqqında məlumatlı qərar qəbul etmək iqtidarında deyilsə, bu cür razılıq “tam və azad” ola bilməz.
Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nikahlar qanuni sayılır. Yaxın qohumlar, himayəçilər arasında nikahlara, eləcə də nikah bağlayan tərəflərdən biri artıq evil və ya ruhi xəstə olduğu halda Nikaha icazə verilmir. Rəsmi nikahın bağlanması üçün iki əsas şərt vardır: Nikah könüllü olmalı və nikah tərəflərinin yaşı qanunvericilikdə icazə verilmiş həddə olmalıdır.
Nikah bağlamadan ailə yaratmaq düzgün deyildir. Çünki belə ailədə gələcək uşaqların tərbiyəsi pozulur, ər-arvadın ailə məsuliyyəti hissi azalır. Erkən yaşda nikah qurmağın müxtəlif səbəbi var. Mühit, ətraf təsir, valideynlər, təhsilsiz olmaq, maddi sıxıntı və s kimi səbəblərdən dolayı yeniyetmələr erkən nikah qurur. Qızların erkən formalaşmasına valideyinin mühitin yaratması əsas səbəblərdəndir. Valideynlərin etdiyi ən böyük səhvlərdən biri azyaşlı uşaqlara təhsildən çox evliliyi aşılasıdır. Əsasən qız uşaqlarının beyninə ənənəvi olaraq deyilən sözlərdən “Evdə qalmaq” ailə fərdlərinin və qohumların psixologiyaya təsiri erkən nikahın səbəblərindən biridir. Valideynlər uşaqları daxili aləmi zəngin,rəngarəng, ətrafa duyarlı böyütməlidirlər. Şəxs gələcəyi üçün məqsəd və çizgilər qoymalıdır. Planlar qurmaq və buna uyğun addımlar atmaq, məqsədlər seçmək daha düzgündür. Gündəlik həyatlarını dolğun yaşayanların çoxu erkən nikah bağlamır. Burada ən səhv yanaşma metodu birincilik yanaşmasıdır. Yəni ki, biri məndən öncə evlənib, mən də evlənməliyəm yanaşması yalnışdır. Fərdiçilik anlayışı ilə hərəkət edən şəxslər daha tez evlənir. Belə ki, şəxs yalnız özünü düşünür, mən dediyim olmalıdır kimi anlayış ilə evliliyə yanaşılması yalnışdır.
Bütün insanlar istəyir ki, xoşbəxt ailəyə və onu başa düşən, onun qayğısına qalan, onu sevən bir həyat yoldaşına malik olsun. Təhsilsiz gəlin ailə münasibətlərini düzgün qavraya bilmir və uşaqların şikəst doğulması da başlıca problemlərdəndir. Ailədə davranış qaydasını bilməyən gəlin zorakılığa məruz qalır. Valideynləri qızlarının ana olmağa hazır olmadığını dərk etməli, qızlarına təhsil verdikdən sonra onun ailə qurma qayğısına qalmalıdırlar.
Məsələ burasındadır ki, yetkinlik yaşına çatmayan qızlar, həm də rəsmi Nikahdan kənarda qalırlar, yalnız dini kəbinlə ailə qururlar. Bu da bir sıra hallarda erkən Nikahlara yol açır. Məlum olduğu kimi, dövlət tərəfindən qeydiyyata alınan nikahdan fərqli olaraq, dini kəbin hüquqi akt sayılmır. Evlilik həyatında sonradan cütlüklər arasında hər hansı problem yaranarsa, yaxud münasibətlər pozularsa, həmin nikah heç bir qanuni əhəmiyyət daşımır. Belə hallarda övladlar üçün də qanuni məsələlərdə bir sıra problem yaşanır.
Bu gün erkən nikah və onun yarada biləcəyi problemlərlə bağlı cəmiyyətdə mütamadi maarifləndirmə işləri aparılır. Erkən nikah – uşaqlığın əlindən alınması, reallaşmasına imkan verilməyən arzular, yarımcıq qalan təhsildir. Azyaşlı qızlarını zorla ərə verən valideynlər bir çox hallarda zəif, gücsüz çiyinlərə yüklədikləri böyük məsuliyyətin fərqində olmurlar. Birmənalı olaraq hər birimiz erkən Nikahın əleyhinəyik. Amma digər tərəfdən, ortada ildən-ilə erkən Nikahların sayının artdığını göstərən statistika var. Aparılan araşdırmalar göstərir ki, qanunvericiliyin tələbləri daha çox ölkənin Mərkəzi Aran, Cənub bölgələrində, hətta Bakının kəndlərində pozulur. Ekspertlər bildirir ki, sözügedən rayonlarda erkən nikah probleminin əsas səbəbi məhz, valideynlərin qız uşaqlarını oxutmaq istəməmələri ilə bağlıdır.
Gələcək ailə, cəmiyyət qarşısında müəyyən məsuliyyət daşıyır. Gənclər ailə həyatı qurarkən yalnız özləri barədə deyil, dünyaya gətirdikləri övladları haqqında da fikirləşməlidirlər. Gələcək valideynlərin öz sağlamlıqlarının qeydinə qalmaları dünyaya gətirdikləri körpənin sağlamlığının təminatıdır. Sağlam uşaq sağlam ailədə böyüyür. Hər hansı bir problemi öncədən bilib qarşısını almaq onu həll etməkdən daha asandır. Əfsuslar olsun ki, bəzən insanlar öz sağlamlıqları barədə yalnız dünyaya xəstə uşaq gətirdikdə və ya ümumiyyətlə, hər hansı bir problemlə üzləşdikdə fikirləşirlər. Halbuki bu xoşagəlməz hadisənin qarşısını əvvəlcədən almaq mümkündür. Sağlam ailənin formalaşması kimi vacib bir prosesdə gənclərin ailə həyatı qurmazdan əvvəl tibbi müayinədən keçməsi - dünyaya göz açan uşaqların irsi və ya anadangəlmə xəstəliklərlə doğulmasının qarşısının alınması və ailələrin şən, firavan və rahat həyat sürmələri üçün atılan addımların başlanğıcıdır.


Nurlana Rəşidova
Qaradağ rayonu qeydiyyat şöbəsinin rəisi

Oxunub: 1 453
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 20:13
    Həbsxanada omba sümüyü sınan məhbus- jurnalist kömək istəyir
  • Dünən, 19:24
    AYB-də Milli Qəhrəman Yuriy Kovalyovun 60 illik Yubileyi keçirildi
  • Dünən, 16:08
    Dostluq və qardaşlığa xidmət göstərən Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü
  • Dünən, 12:53
    “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabı rus dilində çap edilib. AZ/RUS
  • Dünən, 08:35
    “Məni rahat burax, uğursuz bədbəxt...” - Arvadı Makrona
  • Dünən, 08:32
    Tramp onları əfv etdi
  • Dünən, 08:22
    Bakıda söküntü işləri başladı - Ünvanlar
  • Dünən, 08:19
    “Sülhə Putin getdikdən sonra nail olacağıq” - Zelenski
  • Dünən, 08:16
    Di Mariya doğma klubuna qayıtdı
  • Dünən, 08:13
    Ceki Çan qara kəmər aldı
  • Dünən, 08:10
    37 yaşlı kişi ürəyindən bıçaqlanaraq qətlə yetirildi
  • Dünən, 08:03
    Pakistan və Əfqanıstan arasında hərbi toqquşma başladı
  • Dünən, 08:00
    Xəzərdə yeni ada yaranıb
  • Dünən, 07:58
    Putin növbəti danışıqda da olmayacaq
  • 29-05-2025, 16:37
    25 May 2025-ci il tarixində Daşkəsən şəhər Səməd Vurğun adına 4 N-li Orta məktəbin XV-ci buraxılış məzunlarının 50 illik Yubiley görüşü keçirildi.
  • 29-05-2025, 12:29
    Paytaxtda kommunal layihənin uğurlu tətbiqi davam edir
  • 29-05-2025, 11:41
    Bu siniflər də liseylərə imtahan verə biləcək - Yalnız bu il!
  • 29-05-2025, 09:33
    Komandir cinayət işini bağlatmaq istədi - 150 minlik tələyə düşdü
  • 29-05-2025, 08:57
    “Biz İranla çox yaxşı danışıqlar aparırıq”
  • 29-05-2025, 08:55
    Almaniya və Ukrayna saziş imzaladı
  • 29-05-2025, 08:52
    Kirkorov xəstəxanaya yerləşdirilib
  • 29-05-2025, 08:38
    “Ukrayna 2026-cı ilə qədər döyüşmək istəmir” - Zelenski
  • 29-05-2025, 08:35
    Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu
  • 29-05-2025, 08:32
    Araz Musayevin Türkiyədə bıçaqlanmasının - Təfərrüatı + Yenilənib
  • 29-05-2025, 08:21
    “Qalatasaray” Türkiyə millisinin üzvü ilə maraqlanır
  • 29-05-2025, 08:19
    Quterreş Prezidenti təbrik etdi
  • 28-05-2025, 19:39
    Yaşıd başdaşları...
  • 28-05-2025, 11:45
    Türkiyə XİN Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik etdi
  • 28-05-2025, 11:43
    Minifutbol üzrə dünya çempionatı: Dörddəbir finala yüksələn digər komandalar bəlli olacaq
  • 28-05-2025, 11:42
    İran XİN: "Azərbaycanla dostluq və əməkdaşlığın inkişafını arzulayırıq"
  • 28-05-2025, 11:38
    Ərdoğanın təyyarəsi Laçın Beynəlxalq Aeroportuna eniş edib
  • 28-05-2025, 11:36
    Diplomatik nümayəndəliklər Azərbaycan xalqını Müstəqillik Günü ilə bağlı təbrik edir
  • 28-05-2025, 11:34
    Laçın Beynəlxalq Aeroportunun açılış mərasimi keçirilir
  • 28-05-2025, 10:50
    Prezident İlham Əliyev 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edib
  • 28-05-2025, 10:49
    Leyla Əliyeva 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə